“Sosial tədqiqatlar” jurnalı (STJ) 2019-cu ildə Sosial Tədqiqatlar Mərkəzi tərəfindən təsis edilmişdir. 06 avqust 2019-cu il tarixində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 4248 nömrəsi ilə mətbu nəşrlərin reyestrinə daxil edilmişdir.
2021-ci ilin mart ayında mərkəzi Fransanın Paris şəhərində yerləşən Beynəlxalq Serial Nəşrlərin Qeydiyyatı Mərkəzi tərəfindən “Sosial tədqiqatlar” jurnalına Beynəlxalq Standart Seriya Nömrəsi (ISSN 2788-8789) verilmişdir.
Jurnalda əsasən sosiologiya, psixologiya, iqtisadiyyat, siyasət, hüquq və fəlsəfə kimi ictimai və humanitar elm sahələrinin ümumkonseptual məsələlərini elmi-metodoloji cəhətdən ifadə edən, müəlliflərin yeni ideya və yanaşmalarını əks etdirən elmi-analitik məqalələrin, yeni nəşrlərə dair diskussiya məzmunlu rəy və şərhlərin dərcinə üstünlük verilir.
Müstəqil, resenziyalı, elmi nəşrdir. İl ərzində 4 sayı çap edilir.
Jurnalın nüsxələri kitabxanalara, beynəlxalq indeks təşkilatlarına, abunəçilərə və məqalə müəlliflərinə çap olunduqdan sonrakı bir ay ərzində göndərilir.
Azərbaycan, türk, ingilis və rus dillərində məqalələr dərc edilir.