Günel QARAYEVA

Bakı Dövlət Universitetinin dissertantı

Bakı, Azərbaycan

 E-mail: gunel.q@outlook.com

ORCID: 0000-0002-0861-634X

 

Xülasə. Skandinaviya ölkələri sosial siyasətinin imkanlarından cəmiyyətdə mövcud nizam və birliyi qorumaq, ölkə ərazisində yaşayan hər bir şəxs, o cümlədən miqrantlar üçün geniş hüquqlar təmin etmək məqsədilə istifadə edir. Müəyyən müddət sonra Skandinaviya ölkələrinin vətəndaşları ilk dəfə öz dövlətlərinin rifahı və sosial-demokratik əsasları üçün təhlükə barədə düşünməyə başladılar. Mədəni münaqişələr sosial proqramların davamlılığı problemi ilə əlaqələndirildi və Skandinaviya kimliyi və birliyi böhranı ilə bağlı debatlara təkan verdi. Araşdırmalar onu nümayiş etdirir ki, modern dövrdə miqrasiya siyasətinin təsiri altında əsas göstəriciləri səbr, itaət və rasionallıq olan Skandinaviya insanının dünyagörüşünün transformasiyası baş verir. Nəticədə problemi həll etməyin yeganə yolu bütövlükdə əhali ilə işləməkdir, çünki başqa yol demək olar ki, ayrı-seçkiliyə çevrilir.

Məqalədə Skandinaviya ölkələrində sosial siyasət, skandinavizm ideologiyasının özünəməxsus cəhətləri təhlil edilmiş, şəxsiyyət böhranı sosial dövlət modelinin ən ciddi problemlərindən biri kimi nəzərdən keçirilmiş, həmçinin Skandinaviya ölkələrinin miqrasiya siyasəti və miqrasiyanın hüquqi tənzimlənməsində yaranan çətinliklərə diqqət yetirilmiş, islam dininə Avropa və Skandinaviya ərazisində münasibət analiz edilmişdir.

Açar sözlər: sosial siyasət, sosial dövlət modeli, sosial sülh, xoşbəxtliyin skandinav prinsipləri, individualizm, kollektivizm

 

Giriş

 

“Skandinaviya” konsepsiyası son illər sadəcə irqi kateqoriya kimi deyil, həmçinin mücərrəd bir ideal kimi təzahür etdi. Skandinaviya ölkələrində işsizlik həddinin aşağı olduğu və güclü iqtisadi artımın müşahidə edildiyi dövrdə hazırlanmış rifah modelinin saxlanılması ilə əlaqəli son vaxtlar mümkün yollar axtarılır. Miqrasiyanın məhdudlaşdırılmasının səbəbi iqtisadi böhrandan sonra onun Skandinaviya dövlətlərinin sosial siyasətinin sabitliyinə təhlükə yaratması idi. Belə bir siyasətin bütün faydalarına baxmayaraq, miqrantlar cəmiyyətin son dərəcə yoxsul təbəqəsi olaraq qaldılar. Bu hal iqtisadiyyat və cəmiyyətdəki dəyişikliklərə uyğun olaraq, rifah dövləti modelində bəzi dəyişikliklərə şərait yaratmışdır. Miqrantların gəlişi ilə çoxdinli, çoxmədəniyyətli sistem skandinaviyada hökm sürməyə başladı. Hal-hazırda Skandinaviya ərazisində mədəni, dini dəyərlərin qarşıdurması müşahidə edilir. Yarım əsrdən çoxdur ki, İsveçdə sosial problemlərə sosial-demokrat partiyalar tərəfindən diqqət artırılır, həmkarlar ittifaqlarının ölkədə rolu artır, sosial məsələlər ictimai müqavilə yolu ilə həll olunur, protestant etikasının önəmli rolu Skandinaviya ərazisində itir. XXI əsrin əvvəllərindən rifah dövlətinin kollektivizm prinsipləri liberal ideologiya, tolerantlıq ideyaları ilə ziddiyyət təşkil etməyə başlamışdır.

Skandinaviya ölkələrində fərdi dəyərlər tamamilə başqalaşmışdır. Son illərdə fərdlər arasında qayğı azalıb, maddi maraqların əhəmiyyəti artıb. İndividualizm faktoru yüksəlib: vətəndaşların siyasi aktivliyi azalıb, ictimai təşkilatların böyük ölçüdə deideologizasiyası baş verib, sosial əhəmiyyətli işlərdən praktiki fəaliyyətə keçid güclənib, könüllü fəaliyyət və xeyriyyəçilik ilə məşğul olan əhalinin sayı azalıb, idmanın kommersiyalaşması prosesi aktiv şəkildə inkişaf edib və individuallaşması sürətlənib. Skandinaviya ölkələrində baş verən sosial-siyasi proseslər ailə institutu üçün neqativ nəticələrə gətirib çıxarıb. Norveç, İsveç, Danimarka cəmiyyətlərində nikah-ailə məsələləri, ailənin daxili quruluşu, ailə tərkibi və s. ilə bağlı problemlər ortaya çıxıb.

Mövzunun işlənmə dərəcəsi. Skandinaviya ölkələrində qurulmuş rifah dövləti modeli bir çox digər ölkələrin sosioloq, iqtisadçı və filosoflarının diqqət məzkəzində olmuşdur. Digər Avropa ölkələrinin, həmçinin ABŞ, Türkiyə və Rusiyadan olan tədqiqatçılar Skandinaviya ərazisindəki sosial dövlətin müsbət tərəflərinin öz ölkələrində tətbiqi üçün kifayət qədər ciddi araşdırmalar aparıblar.

Tədqiqatın məqsədi Skandinaviya ölkələrində rifah dövləti modelinin qurulması şəraiti, nailiyyətləri, sülh və firavanlıq dövlətini məhvə doğru aparan amillər, bunun qarşısını almaq üçün uyğun ərazidə yerləşən ölkələrin həyata keçirdiyi tədbirləri təsvir etməkdir.

Tədqiqatın metodoloji əsasları. Məqalədə analiz və sintez, həmçinin tarixi-müqayisəli, tarixi-genetik, tarixi-tipoloji, həmçinin tarixi-sistem metodlarından, aksioloji yanaşma prinsipindən istifadə edilmişdir. Skandinaviya ölkələrində sosial siyasətin səciyyəvi xüsusiyyətlərini tədqiq edərkən induktiv və deduktiv metoda müraciət edilmişdir. Məqalədə həmçinin məzmunun açılması, abstraktlaşdırma, ümumiləşdirmə kimi ümumelmi metodlardan da istifadə edilmişdir. Məqalənin mənbə bazasını sosioloqların, filosofların əsərləri, Skandinaviya ölkələrində sosial siyasətin mənşəyi və inkişafı ilə bağlı araşdırmalar təşkil edir.

 

1.Skandinaviya ölkələrində sosial siyasət

Danimarka, İslandiya, Norveç, Finlandiya və İsveç kimi ölkələrdə tətbiq edilən sosial siyasət modeli bir-birinə oxşardır. Sosial inkişafın etatik adlanan bu istiqamətinin əsasını sosial ədalətə, vətəndaşların gəlirlərinin bərabərləşdirilməsinə, mülkiyyət bərabərsizliyinin azaldılmasına və rifah dövlətinin yaradılmasına əsaslanan sosial siyasət təşkil edir [5]. Ərazidə həyata keçirilən dövlət proqramlarının əsas şüarı sosial bərabərliyin genişləndirilməsi idi, aparıcı rol dövlətə məxsus idi. O, cəmiyyətin üzvlərini yüksək yaşayış minimumu ilə təmin etmək, həqiqətən ehtiyacı olanlara yardım göstərmək vəzifəsini daşıyır. Əmək münasibətləri sahəsində dövlət bütün vətəndaşların yüksək səviyyədə tələbatını ödəmək üçün pul qazanmasına şərait yaratmalı, işçilərin əmək şəraitini yaxşılaşdırmalıdır. Sosial dövlətin qarşısına həmçinin vətəndaşların siyasi hüquqlarını və azadlıqlarını qorumaq vəzifəsi qoyulmuşdu. Bu tədbirlər cəmiyyətdə iqtisadi və siyasi qarşıdurmaların olmamasını və maksimum sabitliyi təmin etməli idi. İsveçdə qanuni baxımdan baş verən dəyişikliklər digər Şimali Avropa ölkələrinin sosial qanunvericiliyində də öz əksini tapdı. Klassik sosial dövlətdən fərqli olaraq, Skandinaviya ölkələrinin sosial sferasında xüsusi yeri məşğulluğun təmin edilməsinə istiqamətlənmiş fəal siyasət tutur. İşsizlərin statusunun müəyyənləşdirilməsinə sərt yanaşma onunla bağlıdır ki, əmək qabiliyyətli əhalinin tam məşğulluğuna nail olunması İsveçin sosial siyasətinin əsaslandığı əsas prinsiplərdən biridir. Məşğulluq problemi üzrə tədbirlər kompleksinə bunlar aiddir: işçi qüvvəsinin yetişdirilməsi, yeni iş yerlərinin açılması tədbirləri, ictimai işlər, gənclər komandaları, işləyən əlillərə subsidiyalar, işsizlərə müavinətlərin ödənilməsi və s.

Dövlət siyasətində sığorta çox önəmli yer tutur. Gənclər siyasətinə gəlincə, onun ən maraqlı istiqaməti gənc nəslin kriminallaşmasının qarşısını almaq üçün 10-16 yaşlı gənclərin fəaliyyətini təşkil edən gənclər klublarının yaradılmasıdır, İsveçdə əksər bələdiyyələrdə gənclərin asudə vaxtlarının keçirilməsi ilə bağlı komitələr var, onlar gənclər mərkəzlərini, klubları və hobbi təşkilatlarını maliyyələşdirirlər. Şimali Avropa ölkələri ən xoşbəxt insanların yaşadığı yerdir. Danimarkalılar, norveçlilər, isveçlilər və finlər bu baxımdan ardıcıllığı ifadə edirlər. Bu nəticələr “Gallup” agentliyinin apardığı araşdırma nəticəsində əldə edilib [6].

Norveç 20 ildən çoxdur ki, insan inkişafı potensialına görə dünyada ilk yeri tutur, ən sakit və sülhsevər ölkə olaraq qəbul edilir. Yaşlılar üçün daima yeni təhsil imkanlarının yaradılması təhsil siyasətinin əsas üstünlüklərindəndir. Yaşlı nəslin nümayəndələrinin peşələrinə uyğun şəkildə bacarıqlarının inkişafına lazımi imkanlar yaradılır. Qeyri-hökumət təşkilatlarının, bələdiyyələrin yaşlı insanların təhsilinin təşkil olunmasına cəlb edilməsinə xüsusi əhəmiyyət verilir.

Skandinaviya ölkələri digər ölkələrlə müqayisə edildikdə sosial xidmətlərə, güclü təhsil siyasətinə və dövlət tədqiqatlarına daha çox diqqət göstərirlər. Skandinaviya ərazisində meydana çıxan yeni ideologiyalar bütün dünyaya müxtəlif yollarla təsir edir. Feministlər qadınların sosial-siyasi, iqtisadi haqlarını gücləndirmək üçün mübarizə aparırlar. Norveçdəki feminist hərəkat ölkədə qanunlar və sosial adətlər sahəsində islahatların aparılmasında əhəmiyyətli irəliləyiş əldə edib.

Ekologizm insanları təbiətin bir hissəsi kimi qəbul edir. Vahid bir tam kimi yaşamaq üçün təbiətlə harmoniyada olmaq, biosferi qorumaq vacibdir. Arne Ness “Ekoloji mənlik”, “Dərin mən” konsepsiyasını özümüzə fərd kimi yox, canlılar aləminin bir parçası və təbiətin ifadə formaları kimi hiss etməyimiz üçün yaratmışdır. Ness fəlsəfəsi, ümumiyyətlə, “dağ kimi düşün” şüarı ilə sonlanır. Tarixən ətraf mühiti öz maraqlarımıza uyğunlaşdırmaqla uğur qazandıq, istifadə edə biləcəyimiz qaynaqlarla təmin etməyin ətraf mühitin əsas vəzifəsi olduğuna inandıq. Dağ kimi düşünmək o anlama gəlir ki, əsas marağımız təbiətin mühafizəsi olmalıdır; nəticədə, təbii fəlakətlər və bununla da keyfiyyətli həyatdan daha çox zövq alırıq. Arne Ness, həmçinin Aldo Leopold düşünürdülər ki, abstrakt düşüncə qabiliyyətimiz olduğundan təbiətə görə məsuliyyəti üzərimizə götürməliyik. Heyvanlardan fərqli olaraq, əməllərimizin uzunmüddətli nəticələri haqqında düşünə bilərik və bu səbəbdən ətrafa olan mənfi təsirlərimizi azaltmaq üçün hər şeyi etmək etik bir zərurətdir [1, s.4]. Bu “genişlənmiş şüur” adı altında təzahür edir.

Ness dərin ekologiya konsepsiyasının müəllifi və eyni adlı cərəyanın banisi hesab olunur. “Dərin ekologiya” adlanan təlimdən fərqli olaraq, “Ekosophi T” anlayışı onun şəxsi fəlsəfəsinin adı idi. Ness, ümumiyyətlə, hər kəsin öz fəlsəfəsi üzərində işləməli olduğuna inanırdı. Nessə görə, bütün canlılar – istər insan, istər heyvan, istərsə də bitki – yaşamaq və çiçəklənmək üçün bərabər hüquqa malikdir. Əslində, Ness üçün özünü dərk etmək o deməkdir ki, əgər siz hərəkətlərinizin nəticələrinin digər varlıqlara necə təsir edəcəyini bilmirsinizsə, o zaman belə hərəkət edə bilməzsiniz [1, s.3]. Arne Ness həm də fədakar ekoloq idi, o, bir çox təbiəti mühafizə aksiyalarında iştirak etmişdir. Siyasi ekologiya da ətraf mühitin mühafizəsini və davamlı inkişafı hədəfləyir.

Norveç, Danimarka və İsveç dünyanın ən xoşbəxt ölkələri sırasındadırlar. Skandinaviya ölkələri təbii gözəlliyin qorunmasına xüsusilə həssasdırlar, buna görə də, məsələn, tullantıların təkrar emalı və digər ekoloji məsələlər tez-tez gündəmdədir. Bu xoşbəxtliyin əsasında duran müəyyən prinsiplər var. Skandinaviyanın təbiətə dərindən bağlanma fəlsəfəsi Friluftsliv – “açıq hava” adlanır. Bu ifadənin digər dillərdə birbaşa tərcüməsi, qarşılığı yoxdur. Bu konsepsiyaya uyğun əsas tələbat malları istisna olmaqla, müasir sivilizasiyanın təfərrüatlarından “azad” oluruq. Norveçdə qanunlar da “friluftsliv” fəlsəfəsinə görə hazırlanır. Statistikaya görə, Skandinaviya ölkələrini yüksək səviyyədə əhalinin xoşbəxtliyi ilə təmin edən məhz bu fəlsəfə olub, onun həyata keçirilməsi çox sadədir. Laqoma – “orta”, “tarazlıq”, “optimal” və “uyğun” kimi tərcümə olunur, “kafi”, məqsədəuyğunluq mənasını daşıyır. “Laqoma” anlayışına “qızıl orta” prinsipi uyğun gəlir. “Hyuqqe” Skandinaviya ölkələrində yaranmış bir anlayışdır, rahatlıq, ifah və məmnunluq hissləri ilə rahat ünsiyyəti ifadə edir. Son illərdə “Hyuqqe” Danimarka mədəniyyətinin müəyyənedici xüsusiyyətinə çevrilib. Hyuqqe “gündəlik birlik forması”, təhlükəsizlik, bərabərlik, şəxsi bütövlük, kortəbii sosial iş və təcrübə axını deməkdir. Özünüzü cəmiyyətin bir parçası kimi hiss edin, pul və xoşbəxtliyi tarazlayın, sağlamlığa fikir verin, seçim azadlığına sahib olun, daha çox inam yaradın, xeyirxahlıq göstərin [2, s.106].

Skandinaviya ölkələri digər ölkələrlə müqayisədə daha keyfiyyətli sosial xidmətlər, inkişafa yönümlü təhsil siyasəti və yüksək dərəcəli dövlət tədqiqat proqramlarına sahibdir. Skandinav model sərbəst bazar məntiqi ilə bərabər əmək haqqı sistemini sintez etməyi bacarıb. “Təsirli bir vergi siyasəti və ədalətli, universal (bütün vətəndaşlar üçün bərabər) sosial sistemə sahib olmaq lazımdır” fikri bu regiona aiddir [5]. Skandinaviya ölkələrində qanunun aliliyi, mülkiyyətin qorunması, açıq iqtisadiyyat, sərbəst ticarət, sosial harmoniya, homogen əhali, şəffaflıq, liberal düşüncə və fərdi özünəinam anlayışları yüksək səviyyəli sosial quruluşun xüsusiyyətləridir. Bu yarımadada sosial sülhə və firavanlığa söykənən özünəməxsus siyasi, iqtisadi və sosial ölçüləri olan bir sistem haqqında danışmaq mümkündür. Skandinav birliyi qlobal anlamda problemləri həll etmək istəyir, skandinav idarəetmə ənənəsinin burada effektiv olacağını düşünür. İqtisadi səmərəliliyi, ahəngdar və balanslaşdırılmış əmək bazarını, ədalətli gəlir bölgüsü və sosial birliyi bir araya gətirərək inkişaf edən Skandinaviya ölkələri sosial və iqtisadi standartlar baxımından qlobal lider olmaq istəyən ölkələr üçün model halına gəlmişdir.

Bərabərlik, azadlıq (iqtisadi mənada), təhlükəsizlik, sosial ədalət və həmrəylik prinsipləri sosial demokratiyanın Skandinaviya ölkələrinə məxsus Nordik adlanan modelin uğurunun əsas göstəriciləridir. Bu modelin mərkəzində səhiyyə, məşğulluq, təhsil, sosial inteqrasiya anlayışları dayanır. Sözügedən sistemin üç əsas aspekti var. Bunlardan birincisi, vətəndaşların bütün sosial hüquqları birdir, universaldır. İkincisi, təhsil, səhiyyə, mənzil təminatı baxımından çox sayda sosial təkliflər səxavətlə vətəndaşlara təklif olunur. Nəhayət, “bərabərlik” anlayışı ön plana çıxır ki, bu yolla sosial strukturda bərabərsizlik aradan qaldırılır. Bu baxımdan yoxsulluğun minimuma endirilməsi, sosial həyat səviyyəsinin yüksəldilməsi, sosial öhdəliklərin çoxalması və iqtisadiyyatın yüksəldilməsi, rifah səviyyəsinin artırılması bu modelin təməlidir. Digər tərəfdən, Nordik model bürokratik tənzimləmə kimi müəyyən düzəlişlərə məruz qalıb. Skandinaviya ölkələrində sosial təminat o səviyyəyə çatmışdı ki, əhalinin qayğıları içərisində “iş axtarışında olmaq”, “işsizlik” anlayışları yer almırdı. Nordik model sosialist elementləri özündə ehtiva etdiyi üçün tənqid də olunurdu. Nordik modeldə sosializm və kapitalizmin ən uğurlu nəticələrini özündə birləşdirən hibrid sistem tətbiq edilir. Bu modeldə davamlı inkişaf strategiyasının iqtisadi, sosial və ekoloji kimi üç əsas ölçüsü var. Rifah dövlətinin Nordik modelində ekoloji təfəkkür böyük rol oynayır.

 

  1. Skandinavizm – Skandinaviya ölkələrinin özünəməxsus təfəkkürünün təzahürü kimi

 

“Skandimiks” adlanan dil qrupu bir çox oxşar dilləri birləşdirən Skandinaviya dillərinin uyğunlaşdırılmış bir versiyasıdır. Skandinaviya coğrafiyasında ortaq bir dil yaratmaq səyləri ticarət məhsullarının etiketlərində anlaşıqlığın qorunması istəyi nəticəsində ortaya çıxmışdı. [3, s.288]. Skandinaviya coğrafiyasında ortaq bir dil qurma cəhdləri XIX əsrdə təsirini artıran Skandinaviya hərəkatı ilə sürət qazandı. Skandinaviya coğrafiyasında ortaq bir mədəniyyət yaratmaq səylərinə təsir edən xüsusiyyətlərdən biri də “pansermenizm” adlanan hərəkat idi. İsveçdəki siyasi qərarvermə prosesi əhəmiyyətli mövzularda mümkün olduğu qədər konsensus tələb edir. Güclü siyasi münaqişələr yoxdur, ancaq siyasi debatlarda diqqət və sağlam düşüncə ön plandadır. İslahat proqramları, kollektiv sövdələşmə, ortaqlıq vacib xüsusiyyətlərdir. Qurumların dövlət işlərinə inteqrasiyası təmin edilir. İsveç modelinə həmrəy əmək haqqı siyasəti (gəlirlərdə az fərqlə) və aktiv əmək siyasəti ilə nail olmaq mümkün idi. Burada işləmək üçün bərabər hüquqların verilməsi tələbi əsas müzakirə mövzusu idi. İqtisadiyyatın modernləşdirilməsi və effektivliyi təmin olunduqdan sonra cəmiyyətin rifah səviyyəsi yüksəldi. Qadınlar üçün ödənişli iş hüququ İsveç modelini mükəmməlləşdirdi. Cəmiyyətdə qadınların sosial mövqeyi, ailə və peşə həyatı ilə bağlı statusları dəyişdi.

 

  1. Şəxsiyyət böhranı sosial  dövlət modelinin ən ciddi problemlərindən biri kimi

 

Ümumrifah dövlətlərinin “əminlik və təhlükəsizlik” kimi önəmli xüsusiyyəti vardır. XX – XXI əsrlərdə həmin dövlətlərin əsas problemləri iki hissəyə bölünür:

1) fərdin dövlətdə yeri;

2) sosial-siyasi problemlər.

Əmək prosesində ruh yüksəkliyi azalıb, şəxsi münasibətlərə, nikaha liberal münasibət artıb. Homoseksualizm, evtanaziyaya münasibət neytraldır, bunlar insanların şəxsi işi hesab olunur, amma vergidən yayınma, rüşvət kimi hallar ictimai zərərli olduğu üçün kəskin tənqid edilir. Ailə qurulmasına maraq azdır, sosial münasibətlər həzz prinsipi üzərində qurulur. Mədəni azadlıq, artan fərdiləşmə tendensiyası ilə “özünü yarat” ifadəsi aktuallaşır. “Tərbiyə” artıq öz ideyalarının uşaqlara zorla təlqin edilməsi sayılır. Artıq ictimai mənfəəət naminə addımlar atılımır, latent eqoizm yüksək həddədir. Skandinaviya ölkələrində əhaliyə təklif olunan sosial şərtlər təbii resurslara olan ehtiyacla ziddiyyət təşkil edir. Xüsusən gənclər ictimai nemətlərdən tək istifadə edir, onları qorumur, yaratmır. Gənclik dərin depressiya yaşayır. Müasir Skandinaviya cəmiyyətində dissiplin və öhdəliklərə əsaslanan ənənəvi protestant əxlaqından uzaqlaşma baş verir. Daha çox ekspressivlik və gedonizm, devitant davranış müşahidə edilir, uşaq və böyük mədəniyyətinin uzlaşması müşahidə edilir. Norveç gəncliyi “ümumi qəbul edilmiş əxlaq normalarında kənara çıxmağı”, əməyin müqabilində nə qədər ödənilməsindən asılı olmayaraq zövq verən sahələrdə çalışmağı üstün tutur. Hökumət rifahın davamlılığına söz verməklə, vətəndaşları faktiki olaraq sosial institutlara olan ehtiyaclarından azad edib. Bu yolla hüquqi normalar sosial davranış normalarını dəyişdirir və son illərin statistikasında əksini tapmış Skandinaviya cəmiyyətinin mədəni dissonansına gətirib çıxarır. Skandinaviya ölkələrində fərdlərin istəklərinin ictimai mənfəətdən üstün tutulması siyasi apatiyaya səbəb olur. Vətəndaşlar dövlət və milli ideologiyanın inkişafının onları narahat etmədiklərini bildiriblər. Aparılmış bir rəy sorğusunda respondentlərin 30%-i özlərini ümumavropa siyasi və mədəni sferasına aid hesab ediblər və “vətənpərvərlik” ideyasının mahiyyətini anlamadıqlarını bildiriblər.

İsveç və Norveçin dünyada həyat səviyyəsi baxımından yüksək yerləri tutmasına baxmayaraq, gənclər dövlət siyasətini onlara münasibətdə o qədər də liberal hesab etmirlər və hətta başqa ölkələrə emiqrasiya etməyi planlaşdırırlar. Ailə münasibətlərinin XX əsrin sonunda yaranmış yeni formaları Skandinaviya insanının həyat tərzini, ailə dəyərlərini, analıq və uşaqlıq anlayışlarını dəyişmişdir. Təkcinsli nikahlara tolerant münasibət ona gətirib çıxarıb ki, Skandinaviya ölkələrində çoxsaylı uşaqlar homoseksual valideynlərə sahibdir. Bu, ona gətirib çıxarır ki, belə ailələr uşaqların erkən yaşlardan azad cinsi tərbiyə almasına səbəb olur. Belə ailələrdə uşaqların “cinsi dünyagörüşünün” artırılması və yeni ailə mədəniyyəti ilə tanış olmasına xidmət edən uşaqların iştirakı ilə müxtəlif incəsənət nümunələrinin yaradılması müşahidə edilir. Avropa psixoloqlarının əksəriyyətinin düşüncəsinə görə, bu hal uşaq psixikasının formalaşmasına dağıdıcı təsir göstərir, həmçinin müvafiq davranış modelini cəmiyyətə “yeridir”.

İndividuallaşma şəraitində bərabər hüquq və azadlıqları təmin edən sosial dövlət “özünüaxtarış” və “özünüreallaşdırma”nın müvafiq formalarını dəstəkləyir. Beləliklə, belə uşaqların tərbiyəsi tənzimlənmir. Hər iki valideyn ilə birlikdə “sağlam ailələrdə” böyüyən uşaqlar natamam, qeyri-ənənəvi ailələrdə böyüyən uşaqlardan fərqlənir. Belə uşaqlarda tez-tez psixoloji pozuntulara rast gəlinir və davranış problemləri yaranır. Skandinaviya cəmiyyətində nikah-ailə münasibətlərini araşdırarkən “feminist hərəkatı”na toxunmaq lazımdır. Feminizmin sürətlə yayılmasının yan təsirlərindən biri ailədə qadının rolunun qüvvədən düşməsidir. Uğurlu iş həyatı qadının siyasi aktivliyinin ailədə qadın kimi fəaliyyətinə əks mütənasibdir. Qadının valideyn və həyat yoldaşı kimi qəbul edilməsi meyli azalır, beləliklə, onun “maskulinniyi” “analıq” instinktinin itməsinə səbəb olur, bu da ailədə onun rolunun səthiləşməsinə gətirib çıxarır, uşaqlarda ana “avtoritetinin” inkarı müşahidə edilir. Bu qənaətə gəlmək olar ki, ailə və nikah sferasında Skandinaviyanın sosial siyasəti əhalinin marginallaşmasına təhrik edir. Əhalinin rifah vəziyyətinin və sosial təminat səviyyəsinin yüksəlməsinə yönəlmiş ailə siyasəti cəmiyyətin individual və material iddialarını möhkəmləndirmiş və ailə dəyərlərinin zəifləməsinə səbəb olmuşdur.

 

  1. Skandinaviya ölkələrinin miqrasiya siyasəti və miqrasiyanın hüquqi tənzimlənməsində yaranan çətinliklər

 

Sosial-demokratik hakimiyyət Skandinaviya ölkələrində aktiv şəkildə miqrantların cəlb olunmasını həyata keçirir. “Açıq sərhədlər siyasəti” adını almış miqrasiya strategiyası əsasən iki məsələni həll etmək üçün hazırlanmışdır: 1) sənayenin inkişafı şəraitində ixtisaslaşmış işçi qüvvəsinin azlığı; 2) “millətin sağlamlaşdırılması” – skandinaviya etnosunun uzun əsrlər boyu izolyasiyası ilə əlaqədar varislik yolu ilə ötürülən xəstəliklərin genetik assimilyasiya yolu ilə həlli.

İsveçdə miqrasiya məsələləri üzrə idarə yaradılmışdır. Əməkqabiliyyətli miqrantlar dövlət imtiyazları əldə edir, yaşayış yeri ilə təmin olunur, dörd il ölkə ərazisində yaşadıqdan sonra işçilər, qaçqınlar və onların ailələri yaşayış və vətəndaşlıq hüququ alırlar. 2013-2014-cü illərdə Skandinaviya ölkələrinə gələn miqrantların sayı beş dəfədən çox artmışdır.

“Skandinaviya rifah modeli” tez-tez Danimarka, İsveç və Norveçin sosial dəstək sistemlərini, səhiyyə və təhsil proqramlarını necə təşkil etdiyini və maliyyələşdirdiyini təsvir etmək üçün ümumi termin kimi istifadə olunur. Rifah modelinin əsasını təşkil edən prinsip ondan ibarətdir ki, yardım sosial və ya ailə vəziyyətindən asılı olmayaraq təsirə məruz qalan bütün vətəndaşlara göstərilməlidir. Bu sistem universaldır və yardım fərdə verilir, məsələn, evli qadın ərindən asılı olmayaraq bir çox hüquqlara malikdir. Səhiyyə və məşğulluq sahəsində isə müavinət almaq hüququ əvvəlki işdən, bəzən isə həmkarlar ittifaqı üzvlüyündən asılıdır. Bununla belə, maliyyə məsuliyyətinin ən böyük payı dövlətin üzərinə düşür və xüsusi subsidiyalar vasitəsilə deyil, geniş əhatə dairəsi və yüksək səviyyələri ilə xarakterizə olunan vergi sistemi vasitəsilə həyata keçirilir.

Siyasi sistemlə işçiləri və işəgötürənləri təmsil edən təşkilatlar arasında sıx əməkdaşlıq mövcuddur. Bundan əlavə, əhalinin mərkəzi hökumətə və digər dövlət orqanlarına sədaqəti ölkənin siyasi strukturunun fundamental xarakteristikasıdır və “Skandinaviya rifah modeli”ndə mühüm rol oynayır.

Danimarkanın ictimai səhiyyə sistemi bütün vətəndaşlar üçün pulsuz və bərabər çıxış prinsipinə əsaslanır. Ümumiyyətlə, səhiyyə və sosial xidmətlər vergilər, mərkəzi hökumətin ünvanlı qrantları, xərclərin ödənilməsi və kompensasiya planları hesabına maliyyələşdirilir. Uzunmüddətli planlaşdırmaya əsaslanan Danimarka iqtisadi siyasəti ənənəvi olaraq sabitliyin təmin edilməsinə yönəlmişdir. Əmək münasibətlərinin Danimarka modeli sosial tərəfdaşlar – həmkarlar ittifaqları və sənaye təşkilatları arasında çoxəsrlik sosial dialoq və danışıqlar ənənəsinə əsaslanır. Əmək bazarının inkişafı əsasən dəyişən sənaye və bazar şərtləri qarşısında işçilərin möhkəm müdafiəsini təmin edən Danimarka kollektiv sövdələşmə modeli sayəsində mümkün olmuşdur. Belə ki, bazar münasibətlərinin iştirakçıları kollektiv əmək müqavilələri bağlamaq yolu ilə əmək şəraiti ilə bağlı məsələləri həll edirlər [5].

Miqrantlar Skandinaviyaya ilk dəfə gələndə sosial dövlət modeli inkişaf edirdi. Bir çox cəhətdən bu, əmək miqrantlarının iqtisadiyyata töhfəsi sayəsində reallığa çevrilib. Miqrantlar hətta turist kimi gəlib daha sonra iş icazəsi ala bilirdilər. Siyasi nöqteyi-nəzərdən miqrasiya problemi sosial dövlətin inkişafı və rifahı naminə iqtisadiyyatın əməyə ehtiyacına cavab olaraq meydana çıxıb. O vaxt hökumətin hətta həmkarlar ittifaqları və yerli işçilərin etirazlarını belə aradan qaldıra bildiyi zaman bu, çox mühüm addım idi. Amma əslində ümumilikdə Avropada olduğu kimi, miqrantların geri dönəcəyi gözlənilirdi. Buna baxmayaraq, Avropanın heç bir yerində şimali rifah dövlətlərindəki kimi immiqrasiya, yaşayış və seqreqasiya yox idi. Həmçinin, əvvəlcə inteqrasiya siyasəti yox həddində idi, lakin miqrantlar rifah dövlətinin sosial institutları və yerli əhali ilə bərabər əsasda ehtiyac duyduqları hər şeylə təmin edilirdilər. Bu, ən azı ilkin mərhələdə heç bir etiraz yaratmadı. İlk növbədə, yoxsul ölkələrdən təhsilsiz işçilərin immiqrasiyasına son qoyuldu. Bununla belə, ailənin birləşməsi və qaçqınların qəbulu davam edirdi ki, bu da qaçqınların və ailə mühacirlərinin daha çox Şərqdən olduqları üçün fərqli mədəni kimliyə malik yeni miqrantların əksəriyyətini təşkil etməsinə səbəb oldu. Miqrantların zəif mənzil və pis iş şəraiti tədricən sosioloqlar tərəfindən “sosial alt” adlandırılan təbəqənin artması və əcnəbilərin kriminallaşması demək idi. Uğurlu sosial-demokratik cəmiyyətlərdə immiqrasiya sosial institutların bütün səylərinə baxmayaraq, məhz miqrantların həddindən artıq yoxsulluğuna görə bu cəmiyyətlərin əsasları və təməlləri üçün təhlükə yaradırdı. Həmin illərdə Norveç parlamentindəki müzakirələrdən biri bu vəziyyəti daha dolğun şəkildə göstərir: “Norveçlilərin nəsilləri yoxsulluqdan və insanların bərabərsizliyindən qurtulmağa çalışıblar. Biz ədalət və sosial bərabərliyə əsaslanan cəmiyyət qurmaq məqsədi güdürdük. Bu baxımdan biz çox şey əldə etmişik. Ancaq cəmiyyətimizi yeni bir xəstəliyə, bir növ bədxassəli şişə, toxunulmazlar kastasına malik gecəqondulara yoluxdurmaq istəmiriksə, o zaman miqrasiya və miqrant probleminin öz axarı ilə getməsinə imkan verə bilmərik. Qonaqlarımız üçün daha humanist şəraitin təminatlarını nəzərdən keçirmək və hazırlamaq bir qədər vaxt aparır. İşəgötürənlərin istəkləri bu təminatların əsası deyil, bu səbəbdən biz qonaqlarımızı layiqli və bərabər şəraitlə təmin etməliyik” [5]. Bundan sonra siyasətçilər ikili qərara gəldilər: bir tərəfdən immiqrasiyanın məhdudlaşdırılması, digər tərəfdən isə artıq ölkədə olan miqrantlar üçün layiqli həyat səviyyəsinə zəmanət verən sosial siyasət.

Bütövlükdə, müxtəlif dövrlərdə də olsa, ölkələrin problemi eyni şəkildə həll etməsinə baxmayaraq, miqrasiya siyasətinin strategiyasında və inkişafında bir sıra uyğunsuzluqları qeyd etmək olar. Birincisi, bu ölkələr inteqrasiya siyasətləri ilə bağlı müxtəlif institusional qərarlar qəbul ediblər. Bütün ölkələrdə əsas prinsip miqrantların dövlətlərin vətəndaşları ilə eyni sosial hüquqlara malik olması idi. Yuxarıda qeyd etdiyimiz kimi, bu yük sosial institutların üzərinə düşürdü. Sosial dövlət miqrantların ehtiyaclarını, o cümlədən öz mədəniyyətlərini və dinlərini inkişaf etdirmək hüquqlarını təmin etməyi öhdəsinə götürdü. Əslində, miqrantlara seçim azadlığı verildi – cəmiyyətə inteqrasiya və ya öz mədəni paradiqması çərçivəsində mövcud olmaq.

İsveçlilərdən fərqli olaraq miqrantların mədəni hüquqları institutlaşdırılmamışdı. Miqrantların problemləri demək olar ki, tam şəkildə dövlət tərəfindən iqtisadi cəhətdən təmin edilən sosial institutların, bələdiyyələrin və qeyri-hökumət təşkilatlarının ixtiyarına buraxıldı. Məhz bu səbəbdən bütövlükdə oxşar siyasət indiyədək qarışıq nəticəyə gətirib çıxardı. Danimarka öz yolu ilə getdi, inteqrasiya siyasətini inkişaf etdirdi. Siyasi nöqteyi-nəzərdən Danimarka miqrasiyaya demək olar ki, dərhal münaqişə ilə reaksiya verdi, çünki o vaxtdan hakimiyyətdə miqrantlardan inteqrasiya və əslində assimilyasiya tələb edən sağçı Tərəqqi Partiyası var idi. Skandinaviya ölkələrinin parlamentlərində inteqrasiyanın əsas prinsiplərinin və ümumiyyətlə, miqrasiya probleminin müzakirə edildiyi siyasi debatların əksəriyyəti əmək miqrantları ilə bağlı idi. O dövrün sənədlərinə əsasən, siyasətçilər hesab edirdilər ki, miqrasiya prosesi əmək bazarının vəziyyətindən asılı olaraq asanlıqla tənzimlənə bilər və sosial dövlətlərin sosial institutları tərəfindən problemsiz dəstəklənir. Lakin zaman keçdikcə bu fikirlərin yanlış olduğu üzə çıxdı. Ölkələrin cənubdan gələn əmək miqrantları üçün tamamilə qapalı olmasına baxmayaraq, əmək miqrasiyası ölkəyə ailə birləşməsi yolu ilə daxil olan qaçqın və miqrantlarla əvəz olundu. İsveçdən fərqli olaraq Norveç və Danimarka miqrantların sosial adaptasiyası üzrə məsuliyyəti dövlət tərəfindən maliyyələşdirilən qeyri-hökumət təşkilatlarına həvalə etdi.

Bu və ya digər şəkildə bu inteqrasiya siyasəti böyük ölçüdə səmərəli oldu. Yerli hakimiyyət orqanları ölkədə ilk iki ildə miqrantlara hər cür köməklik göstərdilər. Onları mənzil və dil kursları ilə təmin etdilər, məşğulluq və sosial adaptasiya ilə bağlı məsləhətlər verdilər. Amma bütün bunlar pul tələb edirdi. Norveçdə sığınacaq axtaranların sayının artması immiqrasiya əleyhinə həm də cəmiyyətin əsaslarını və dövlət iqtisadiyyatının sabitliyini potensial təhlükə altına alan miqrantlara üstünlük verilməsinə qarşı kampaniya aparılmasına səbəb oldu.

Miqrant axını Skandinaviya ölkələrinin hökumətlərini bir sıra sırf praktiki problemlərlə üzləşməyə məcbur etdi. Çox sayda insanın müvəqqəti mənzilə, dil kurslarına, işə ehtiyacı var idi. Əvvəlcə bələdiyyələrə, əsasən də işçi qüvvəsinə ehtiyacı olan bələdiyyələrə axın etdilər. Getdikcə məlum oldu ki, bu problemi hansısa yolla həll etməyin yeganə yolu bütün ölkəni bu işə cəlb etmək, miqrantları sərfəli mənzil olan yerlərə göndərməkdir. “Mənə iş ver” – bu başlıq belə araşdırmaların ən bariz nümunələrindən biridir. Aparılan bir sorğu iş azlığının Norveçdəki immiqrantları sosial yardımdan asılı vəziyyətə saldığını müəyyən etdi. Tədricən onlar ümumiyyətlə fəaliyyətini dayandırır və cəmiyyətə inteqrasiya edirlər. Əksər hallarda üç ölkənin hökumətlərinin üzləşdiyi problemlər eyni idi: humanitar miqrasiyanın idarə edilməsində çətinliklər, aşağı məşğulluq dərəcələri və miqrantlarla yerli əhali arasında həyat standartlarında böyük fərq. Bununla belə, hər yerdə köhnə prinsip var idi: miqrantlar digər vətəndaşlar kimi dövlətdən yardım almaq üçün eyni formal hüquqlara malikdirlər [5].

İsveçdə miqrasiya sahəsində hüquqi tənzimləmənin əsas məqsədi miqrantların bərabər şərtlərlə inteqrasiyasıdır. İsveç dövlətində milliyyətindən, siyasi və dini mövqeyindən asılı olmadan, siyasi sığınacaq hüququ əsas insan hüquqlarından sayılır. Ona görə də indi qaçqınlar bu ölkədə ən çoxsaylı miqrant kateqoriyalarından biridir. Kütləvi miqrasiya İsveçin simasını xeyli dəyişdi və bir çox sosial problemlərin yaranmasına səbəb oldu. İri sənaye şəhərlərində verilən hüquq və azadlıqlara baxmayaraq, əhalinin təcrid olunması prosesi getdikcə geniş vüsət aldı. Böyük şəhərlərdə miqrant gettoları peyda oldu. Yerli isveçlilər arasında miqrantlarla bağlı müxtəlif etnosiyasi miflər və stereotiplər yayılırdı. Bir yerə toplanan immiqrantlar özlərini yerli əhalidən təcrid olunmuş vəziyyətdə tapırdılar. Müvafiq sosial bacarıqlara malik olmayan və dil bilməyən mühacirlər qanunvericiliyin qorunmasına baxmayaraq, tez bir zamanda işlərini itirirdilər, sahibkarlar isə seçim olarsa, isveçliləri işə götürməyə üstünlük verirdilər. Bundan əlavə, əməkhaqqı və digər sosial müavinətlərin alınmasında, sözsüz, ayrı-seçkilik müşahidə edilirdi. Nəticədə bir çox miqrant əmək bazarında ayrı-seçkiliklə rastlaşırdı. Bunun səbəbi isə miqrantların cəmiyyətə uyğunlaşması üçün ən yumşaq siyasətin mövcudluğunda idi. Hazırda yeni miqrantların qəbulunu təhlil edən İsveç hakimiyyət orqanları artıq dövlət ərazisində yaşayan miqrantların inteqrasiyası üçün aydın və məqsədyönlü tədbirlərin görülməsinə ehtiyac olduğunu bildirirlər.

Son vaxtlar İsveç hökuməti miqrantların, xüsusən də gənclərin radikallaşması problemindən ciddi şəkildə narahatdır. Xüsusilə təhlükəli olan 2-ci və 3-cü nəsil gənclərdir ki, ünsiyyət bacarıqları və dil bilgilərinin olmaması səbəbindən praktiki olaraq onların heç bir perspektivi yoxdur. İsveçdə zorlamaların 77%-i islam ölkələrindən gələn insanlar tərəfindən törədilib. Xarici vətəndaşların İsveçə girişi, ölkədən getməsi və onun ərazisində yaşaması şərtlərini və prosedurlarını, habelə əcnəbilərin işə götürülməsi şərtlərini və sığınacaq almaq hüququnu müəyyən edən qanunda əcnəbi vətəndaşa sığınacaq hüququnun verilməsindən imtina və deportasiya şərtləri ilə bağlı da müddəalar var. Universitetlərdə tələbələrlə bərabər rəftar aktı, uşaqlara və tələbələrə qarşı ayrı-seçkiliyi və digər ləyaqəti alçaldan rəftarı qadağan edən xüsusi akt və İsveçin vətəndaşlıq qanunu diqqətəlayiqdir.

İsveçin tolerant siyasəti nəticəsində miqrantların sayı hər il artır. Hökumət Yaşıllar Partiyasının dəstəyi ilə işçi qüvvəsinin azad miqrasiyasına qərar verib. Bu, məlum sahədə ən böyük islahatdır, əcnəbilərin İsveçdə iş tapması asanlaşıb, eyni zamanda gettoların sayı artıb. Stokholm məktəblərində şagirdlərin 70%-i immiqrantdır. İsveçin sosial və hüquqi siyasəti immiqrantlar və yerli əhali üçün bərabər sosial təminatların təmin edilməsindən ibarətdir. Çox vaxt miqrant üçün işsizlik müavinətini almaq və ya aşağı ixtisaslı iş yerində işləmək əhəmiyyət kəsb etmir.

Hazırda İsveçin miqrantlarla bağlı siyasəti aşağıdakı prinsiplərə əsaslanır: 1) İmmiqrantlar və yerli əhali arasında hüquq və vəzifələrdə bərabərlik; 2) Mədəni seçim azadlığı (yəni immiqrant “isveçli olmağa” və ya öz milli adət-ənənələrini qoruyub saxlamağa özü qərar verir); 3) İsveçlilər və immiqrantlar arasında əməkdaşlıq, qarşılıqlı tolerantlıq və hörmət. Ölkəyə köçdükdən sonra immiqrant İsveç dili kursları keçməli, ixtisasını sübut etməli və ya yeni bir peşə öyrənməlidir. Vətəndaş statusunu əldə edərkən dil biliyi imtahanından keçmək lazımdır. Digər Skandinaviya ölkələri ilə müqayisədə İsveç miqrantların hüquqları indeksinə görə ən liberal qanunvericiliyə malikdir.

Bir çox digər Qərb ölkələri kimi Danimarka da kadr çatışmazlığı ilə üzləşir. Ölkəni gələcəkdə rəqabətədavamlı saxlamaq üçün çıxış yolu əvvəlki illərlə müqayisədə müvafiq ixtisas və təhsilə malik olan immiqrantlara qarşı tələbləri yumşaltmaqdır. Daha yumşaq inteqrasiya siyasətinə və qanunvericiliyə keçid ölkənin miqrantlar üçün daha əlverişli olmasına səbəb olub. Görülən tədbirlər danimarkalıların əcnəbilərlə nikahlarının sayını kəskin şəkildə azaldıb.

İnteqrasiya Aktının əsas məqsədləri aşağıdakılardır: 1. Yeni gələn immiqrantların Danimarka vətəndaşları ilə bərabər hüquqlara malik olması və ictimai aləmin siyasi, iqtisadi, sosial, dini və mədəni həyatında bərabər iştirakı, habelə bərabər hüquqlar və bazarda əmək imkanları; 2. Yeni gələn mühacirlərin tez bir zamanda maliyyə və iqtisadi müstəqillik əldə etməsinə köməklik; 3. Xarici vətəndaşlar tərəfindən Danimarka cəmiyyətində həyatın əsas prinsipləri və normaları haqqında bilik və ideyaların mənimsənilməsi. Qanuna əsasən, əsas inteqrasiya tədbirləri qaçqınların mənzillə təmin edilməsi, oriyentasiya proqramlarının həyata keçirilməsi və yeni gələn immiqrantların Danimarka cəmiyyətinin həyatına erkən inteqrasiyası məqsədilə digər fəaliyyətlərdən ibarətdir.

Oxşar siyasət və idarəetmə sisteminə, mədəni dəyərlərə və normalara malik olan bu ölkələr eyni zamanda miqrantların inteqrasiyası və uyğunlaşması üçün tamamilə fərqli yanaşmalardan istifadə edirlər. İsveç miqrantların inteqrasiyasına multikultural və liberal yanaşması ilə tanınır. Lakin liberal yanaşma həmişə miqrasiya problemini həll etmək gücündə deyil. Ümumiyyətlə, İsveçin miqrantlarla bağlı problemləri heç bir digər ölkələrdən az deyil. Məhz bu problemlər inteqrasiyanın fərqli siyasi modelinə tədricən keçidə səbəb olub. Danimarka miqrant inteqrasiyası və miqrasiya siyasətinin sərt versiyası ilə tanınır.

Norveç Aİ-nin üzvü deyil və öz siyasətini yürüdür, miqrantlara qarşı sərtlik baxımından İsveç və Danimarka arasında ortada yer alır. Skandinaviya ölkələrinin oxşarlığı eyni idarəetmə formasının – konstitusiyalı monarxiyanın mövcudluğundadır ki, bu da ümumilikdə müsbət milli kimliyin formalaşmasına kömək edir. Bütün Skandinaviya dövlətlərində sosial institutlar inkişaf edib, hamısı rifah dövlətləridir. Onların oxşar hüquq sistemi, sosial siyasəti, mədəniyyəti və ortaq tarixi var. Əslində, hətta İsveç xalqı aktiv multikultural siyasətinə və öz şəxsiyyətinin “eroziyasına” baxmayaraq, hələ də çox homogendir. Miqrantlara hüquqların verilməsi onların inteqrasiyasına kömək etmir, “rifah” isə, əksinə, onları yeni cəmiyyətə uyğunlaşmaq həvəsindən (akkulturasiya stressi səbəbindən) məhrum edir. Özləri və dövlət üçün kifayət qədər fəlakətli vəziyyətə gətirib çıxarır ki, nəticədə cəmiyyətin hər yeni üzvü ilə bağlı xərcləri artır. Üstəlik, sosial dövlət tamhüquqlu əmək inteqrasiyasına hətta əmək bazarı vasitəsilə inteqrasiya siyasətinin yüksək səviyyədə inkişaf etdiyi Danimarkada da müdaxilə edir. İsveç isə yaxın gələcəkdə yeni vətəndaşlarının əmək “itirməsi” səbəbindən ciddi iqtisadi problemlərlə üzləşə bilər. Fəal şəkildə həyata keçirilən multikultural siyasətə baxmayaraq, İsveç hələ də mədəni və dini homogenlik ideyalarından əl çəkməmişdir. Ona görə də bu dövlət tədricən öz siyasətini yumşaltmağa hazırlaşır.

Danimarka sərt siyasətinə baxmayaraq, digər inkişaf etmiş ölkələr kimi hələ də miqrantlara ehtiyac duyur. Bu prosesi vahid regional miqrasiya siyasətinin qurulması istəyi ilə deyil, həm sosial, həm də iqtisadi miqrasiya ilə bağlı müxtəlif çağırışlar, eləcə də maliyyə yükünün azaldılması cəhdi ilə əlaqələndirmək olar. Danimarka miqrantların mədəniyyətinin “arzuolunmaz” tərəflərini bərabərləşdirərək və çoxsaylı məhdudiyyətlər tətbiq edərək inteqrasiya siyasəti aparmağa başladı. Nəticədə, bu siyasət Avropanın ən radikal siyasətlərindən birinə çevrildi. Miqrantlara qarşı həddindən artıq təzyiq onları yerli əhalidən uzaqlaşdırdı, eyni zamanda Danimarka daha az əmək resursları aldı ki, bu da tədricən sosial dövlətin böhranına səbəb oldu. Danimarka cəmiyyətində bu problemlərin fəal müzakirəsi nəticəsində miqrantlardan narazılıq və islam qorxusu ideyaları ətrafında tədricən mənfi milli kimlik yarandı.

Sosial-iqtisadi bərabərsizliyi azaltmaq və hər kəsə bərabər imkanlar təqdim etmək məqsədi daşıyan sosial dövlət sistemi, əslində, seçici və şərtidir, hətta cəmiyyətdə struktur bərabərsizliyinin güclənməsinə töhfə verir. Sosial təhlükəsizlik şəbəkəsi tam məşğulluğa əsaslandığından, artan işsizlik və qeyri-müəyyən iş şəraiti əmək bazarına və sosial təminat sistemlərinə qarşı ayrı-seçkiliklə nəticələnib. “Mədəni fərqlər” haqqında yeni diskurs əslində əcnəbilərə və onların uşaqlarına qarşı açıq ayrı-seçkiliyə töhfə verib. İndiki dövrə qədər inteqrasiya probleminin müzakirəsi struktur ayrı-seçkilikdən tədricən əmək bazarı vasitəsilə inteqrasiyaya keçdi. İsveçdə miqrantlar yerli əhali ilə eyni məbləğdə pul alırlar ki, bu da son nəticədə gərginliyin artmasına və sosial dövlətin iqtisadiyyatı üzərində ağır yükə səbəb olur. Qeyd edək ki, bütün Skandinaviya ölkələri üçün belə inteqrasiya siyasətinə keçidin səbəbi eynidir: əmək bazarı vasitəsilə inteqrasiya və miqrantların iqtisadiyyata “daxil edilməsi” həddindən artıq yüklənmiş sosial institutları sabitləşdirməyin yeganə yoludur. Bu və ya digər şəkildə İsveçin miqrasiyanın tənzimlənməsinə yanaşması çox özünəməxsusdur.

Bütün dövrlərdə müxtəlif qanunlara uyğun yaşayan bir neçə nəsil miqrant yetişdirilib. Həmçinin, hazırda dili bilməyən yeni vətəndaşlara qarşı kifayət qədər loyal münasibət hələ də mövcuddur. Əmək bazarında inteqrasiya tədbirləri hələ də zəifdir. Bununla belə, multikultural siyasətdən inteqrasiya siyasətinə tədricən keçid var. Hər iki siyasət miqrantların İsveç cəmiyyətinə inteqrasiyası məqsədini güdür. Lakin birincisi tamamilə məntiqi fiaskoya uğrayıb, ikincinin tətbiqi isə çox ləng templə həyata keçirilir.

Frimanın müdafiə etdiyi bir yanaşma əsas problemi iqtisadi dayanıqlıqda görür, digərləri isə sosial rifah cəmiyyəti üçün sosial birliyin vacibliyinə diqqət yetirir və yenə də miqrasiya nəticəsində bu sosial sistemin dağılmasından qorxur. Sosial quruluşun sosial dövlət kimi modelinin miqrasiyanın yaratdığı bütün problemlərin öhdəsindən gələ və miqrantların yeni cəmiyyətə uyğunlaşmasına töhfə verə biləcəyinə inanan multikulturalistlərin yanaşması fərqlidir. Eyni zamanda, sosial dövlət modeli və miqrasiya axınlarının qarşılıqlı təsiri məsələləri ilə məşğul olan nəzəriyyəçilər Skandinaviya ölkələrini öz tədqiqatlarının predmeti hesab etmirdilər. Lakin millətin homogenliyi, sosial və siyasi sistemlərin oxşarlığı, əslində, bu ölkələrdə “nəzarət olunan rasional eksperiment” aparmağa imkan verir, çünki müqayisəli təhlil üçün şərait hazırda ən optimaldır. Danimarkalılar hesab edirlər ki, əsas problem miqrantların mədəniyyətindədir, kimlik böhranının səbəbini inteqrasiya institutlarının həddindən artıq dözümsüzlüyündə görən İsveçdə tamamilə fərqli yanaşma görürük. Əslində, isveçlilər hesab edirlər ki, struktur ayrı-seçkiliyi miqrantların cəmiyyətdə tam fəaliyyət göstərməsinə mane olur və daha çox hüquqların verilməsi bu problemi həll edə bilər. Lakin R.Kupmans və K.Zimmermanın sübut etdiyi bu yanaşma real səmərəlilikdən uzaqdır. Biz burada elə bir vəziyyətlə qarşılaşırıq ki, miqrantlar cəmiyyətə inteqrasiya stimulundan demək olar ki, tamamilə məhrumdurlar. Bundan əlavə, ünsiyyət və dialoqun vahid sahəsi yoxdur. Müvafiq olaraq, İsveç yanaşması da ideal deyil, çünki o, multikultural cəmiyyətin qurulmasını – vahid dil və cəmiyyətdə oxşar davranış etikasını nəzərdə tutan vahid mədəni və kommunikasiya məkanının yaradılmasını istisna edir. Norveç hesab edir ki, bələdiyyələr miqrasiya problemlərinin öhdəsindən gələ bilmir, bir qədər orta siyasət yürüdürlər. Lakin yanaşmalardakı uyğunsuzluq səbəbindən belə bir siyasət də effektiv hesab edilə bilməz. Bununla belə, ümumilikdə İsveç modeli səmərəli inteqrasiya institutlarının yaradılması şəraitində bütün cəmiyyət üçün çox əlverişlidir. Eyni zamanda, bütün ölkələrdə biz akkulturasiya stresi altında stimul çatışmazlığı problemi ilə üzləşirik. Müvafiq olaraq, iddia etmək olar ki, siyasi müdaxilə olmadan sosial dövlət modeli nəinki töhfə vermir, əksinə miqrantların tam inteqrasiyasına və iqtisadi rifahına mane olur. Nəticədə, bölgədə yaranan ksenofobik əhval-ruhiyyə əsasında terror aktları riskini və cinayətlərin artmasını müşahidə edə bilərik. Daha qısa nəticə çıxarmaq üçün – danimarkalılar problemi miqrantlarda və onların mədəniyyətində, isveçlilər öz vətəndaşlarının irqçiliyində, norveçlilər isə bələdiyyələrdə göstərilən xidmətlərin keyfiyyətində görürlər. Bununla belə, qeyd etmək lazımdır ki, əgər əvvəllər isveçlilər institutların dəyişdirilməsinə, ayrı-seçkiliyin və irqçiliyin səviyyəsinin azaldılmasına daha dəqiq diqqət yetirirdilərsə, indi daha çox miqrantların əmək bazarı vasitəsilə inteqrasiyasına diqqət yetirirlər.

Danimarkada işləmək üçün daha çox imkanlar və stimullar var. Eyni zamanda, qəbul edilmiş inteqrasiya tədbirləri olmadan miqrantların əksəriyyəti əmək bazarının yüksək ödənişli seqmentindən kənarda qalmışdır. Norveç yanaşması miqrantın cəmiyyətə inteqrasiya etmək və tam hüquqlar əldə etmək üçün bir sıra səylər göstərməsini təmin edən hüquqi yanaşma kimi xarakterizə edilə bilər. Bununla belə, real işlə təmin edən xidmətlərlə inteqrasiya proqramları arasındakı uyğunsuzluq öz işini görür. Norveç sosial sistemi də miqrasiya axınının təzyiqi altındadır. Əslində, optimal siyasət əmək bazarı vasitəsilə mərkəzləşdirilmiş, yerli əhali də daxil olmaqla müşayiət olunan inteqrasiya təhsil proqramları və miqrantların bölüşdürülməsi üçün yaxşı düşünülmüş plandır. Hazırda hər üç ölkədə etnik və milli kimlik böhranından çıxmağın yeganə yolu yeni siyasi dəyərlərə keçiddir.

İsveç və Norveçdə doğum göstəriciləri Afrika və Yaxın Şərq ölkələrinin statistikasına yaxın həddə artmışdır. Bu, adətən, immiqrasiya etmiş əhalinin, xüsusən İraq və keçmiş Yuqoslaviya ölkələrindən gələnlərin hesabına baş vermişdir. Tədqiqatlar göstərir ki, əgər bu tendensiya davam etsə, etnik isveçlilər bir-iki nəsil sonra azlıq təşkil edəcək. Bu yolla İsveç və Avropaya miqrasiyanın genişlənməsi ona gətirib çıxarır ki, yerli əhali daha çox assimilyasiyaya və degenerasiyaya səbəb olur. İsveç və Norveçdə miqrasiya siyasəti ilə bağlı təhlillər onu göstərir ki, hökumət xalqın maraqlarını nəzərə almadan bu siyasəti həyata keçirir. Hər iki ölkədə bu şəkildə siyasi fəaliyyət etnik skandinavların yox olmasına, milli və irqi problemlərin kəskinləşməsinə səbəb olur. Həmçinin, əgər son 40 il ərzində İsveç sənayesinin inkişafını izləsək, əmək immiqrasiyası adlanan daha bir yük Skandinaviya ölkələrinin iqtisadiyyatına əlavə olunur.

 

  1. İslam Avropa və Skandinaviya ərazisində mənfi kimliyin simvolu kimi

 

Danimarkada həddindən artıq sərt inteqrasiya siyasəti nəticəsində müxtəlif sosial fobiyalar yaranmağa başladı. Xüsusən də müsəlman miqrantların say çoxluğu, həyat tərzi narazılığa səbəb olur. Əslində, islam Qərb demokratiyaları üçün bir növ mənfi kimliyin simvoluna çevrilmişdir, bu münasibətə Skandinaviya ölkələrində də rastlaşmaq mümkündür. Təqdim olunan ssenarilərdən Avropanın yerli əhalisinin qorxularını ən parlaq şəkildə “Yeni xilafət” ssenarisi təsvir edir. Ssenari bir çox cəhətdən yuxarıda göstərilən Edvard Səidin nəzəriyyəsini, eləcə də Şərq ölkələri ilə bağlı bir sıra Avropa stereotiplərini təsdiqləyir. Onun məntiqinə görə, müsəlmanlar yeni dünya birliyində – “Yeni xilafət” dövlətində birləşəcəklər [4, s.93]. Dini kimliyin artan təsiri demokratikləşmə proseslərinin dayanmasına və bəzi demokratik rejimlərin mümkün süqutuna, habelə “radikal dini kimliyə əsaslanan qlobal hərəkatın formalaşmasına səbəb olacaq” milli kimliyin əhəmiyyətinin azalması prosesini sürətləndirəcək, məsələn, dünya nizamını sarsıtmağa və sivilizasiyalararası ideoloji qarşıdurmanı işıqlandırmağa qadir olan qlobal islam layihəsi”. Müsəlmanların dövlətlərarası birliyinin yaradılması terrorizm və münaqişələr təhlükəsini azaltmayacaq, əksinə artıracaq. Müsəlman dünyasının özündə, məsələn, sünnilərlə şiələr arasında qarşıdurmaların olması, xilafəti “kafirlərdən” qoruyan yeni terror təşkilatlarının yaranması tamamilə mümkündür. Bu ssenari, demək olar ki, beynəlxalq təhlükəsizlik sistemindəki böhranın təsviridir. Bu sistemdə güc balansı kövrəkdir, Qərb və müsəlman dünyası arasında qarşıdurma hər an münaqişəyə (regional, yerli və hətta qlobal) çevrilə bilər. Bu ssenari avropalılar baxımından ən təhlükəlidir. Bəziləri hətta “İslam Avropası” dövlətinin yaranmasından qorxurlar. Qorxu daha çox bu ölkələrin Avropaya təcavüzünə görə deyil, müsəlmanların Avropada yavaş-yavaş məskunlaşmasına görə yaranır. Avropa cəmiyyəti müsəlman mühacirləri özünə təhlükə kimi görür, problemlərinə görə onları günahlandıraraq, özünü onlardan təcrid etməyə çalışır. Milli kimliyin “bərpasına” çağıran radikal partiyaların yaranması üçün zəmin yaradılır. Müsəlmanlar isə “dərin bir şəkildə Qərb cəmiyyətinə inteqrasiya etmiş və öz tələblərinə çata biləcək dərəcədə Qərb modelini mənimsəmişlər. Eyni zamanda, onların siyasi avanqardının irəli sürdüyü məqsədlər köklü şəkildə Qərb cəmiyyətinin fundamental prinsip və əsaslarına alternativdir. Bir sözlə, belə fəaliyyətin vektorunu müsəlmanları” Qərb cəmiyyətinə uyğunlaşmaq yox, özlərinə uyğunlaşdırmaq istəyi kimi müəyyən etmək olar”. Böhran və sosial qeyri-sabitlik dövründə siyasətçilər bütün günahlarını “yadların” üstünə atırlar.

 

Nəticə

Görünür, rifah dövləti siyasəti Skandinaviya regionunu prinsipial olaraq yeni, dünyada ən yaxşı yerlərdən birinə çatdırsa da, müasir mərhələdə tənəzzül yaşayır, cəmiyyət və fərd üçün müəyyən mənfi prinsiplər irəli sürür. Skandinaviyada individualizmin inkişafının güclənməsi rifah dövlətinin kollektivizm siyasəti ilə uyğunlaşmadı, bu yolla bir sıra problemlər meydan çıxdı: qarşılıqlı yardımın yox olması, özünüifadənin yeni aqressiv formalarının yaranması, suisid meyillərinin artması, nəsillərarası əlaqənin dağılması və s. [4, s.90].

İsveç, Norveç və Danimarkada dövlət səviyyəsində həyata keçirilən sosial siyasət ictimaiyyətin ümumi maraqlarının azalması, ənənəvi ailənin dağılması, feminist hərəkatın genişlənməsi, etnik skandinavların hüquqlarının qorunmasının qəlizləşməsi kimi narahatlıqlara səbəb olur. Protestant etikasına xas fərdi dünyagörüşü ilə təşkil edilən ümumrifah dövlətinə məxsus konsepsiya xüsusi sosial-siyasi xarakterli problemlər doğurur. Əvvəllər konservativ hesab edilən bir sıra sahələrdə dövlət tərəfindən verilən azadlıqlar Skandinaviya cəmiyyətinin fərdiləşməsini daha da gücləndirir.

Skandinaviya ölkələrində milli məsələlərlə bağlı situasiya kəskinləşir. İsveçdə hər il miqrantlara, xüsusən də Yaxın Şərqdən gələnlərə qarşı açıq müqavimət halları sürətlə artır. Sağ təmayüllü partiyalar və ictimai təşkilatlar bu kəskin sosial-siyasi problemi həll etməyin yolunu kütləvi immiqrasiyanı və cəmiyyətdə multikultural təcrübəni dayandırmaqda görürlər.

Sosial-demokrat partiyalar tərəfindən irəli sürülən miqrasiya siyasətinə dair tənqidlər fonunda səbirsiz və aqressiv Skandinaviya cəmiyyəti formalaşır, hətta bəzi tədqiqatçılar Skandinaviya ölkələrində antiimmiqrasion əhval-ruhiyyə üçün “neonasizm” terminindən istifadə edirlər. Görünən odur ki, rifah dövləti “fövqəlməqsəd”in öhdəsindən gələ bilmir, bütün Skandinaviya əhalisinin ümumrifahını təmin etmək üçün süni şəkildə yaradılmış çoxmillətli cəmiyyətdə kadr və genetik problemlərin həllində aydın görünən problemlər var. İctimai institutların reformasiyası şəraitində Skandinaviya ölkələrində yaranmış problemlər kompleksini həll etmək olar.

 

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT:

  1. Arne, Naess. Ecology Community and Lifestyle, David Rothenberg, CUP, Cambridge, 1989
  2. Элизабет, Карлссон. Лагом. Шведские секреты счастливой жизни. Одри, 2021, -208с.
  3. Ларс Миттинг. Норвежский лес:скандинавский путь к силе и свободе. Эксмо, 2017, -320 с.
  4. Лащенко, П.В. Трансформация современной философии общежития в Скандинавских странах. // Научное обозрение: гуманитарные исследования. М.: Наука образования, 2014, № 9, c. 88-96.
  5. Karen N. Breidahl. Ethnic diversity, social policy and the Scandinavian welfare states: Similar or different policy responses, http://vbn.aau.dk/files, 2011.
  6. Елкина В. Четыре скандинавских принципа, которые помогут вам изменить жизнь к лучшему. /16 июня 2019/ – https://rb.ru/story/candinavian-life-philosophies

 

 

Gunel Garayeva

UTOPIC WORLDVIEW AS A SOURCE OF SOCIAL POLICY IN THE SCANDINAVIAN COUNTRIES

 Abstract

Scandinavian countries use the possibilities of their social policy to maintain the existing order and unity in society, to provide broad rights for every person living in the country, including migrants. After some time, the citizens of the Scandinavian countries began to think about the threat to the well-being and social-democratic foundations of their state. Cultural conflicts were linked to the problem of the sustainability of social programs and fueled the debate on the crisis of Scandinavian identity and unity. Studies show that under the influence of migration policy at the present stage, the worldview of the Scandinavian people the main indicators of which are patience, obedience and rationality is being transformed. As a result, the only way to solve the problem is to work with the population as a whole, because the other way is effectively discrimination.

In the article were analyzed the peculiar aspects of social policy and the ideology of Scandinavianism in the Scandinavian countries, the identity crisis was considered as one of the most serious problems of the welfare state model, the difficulties arising in the migration policy of the Scandinavian countries and the legal regulation of migration were paid attention to and the attitude towards the Islamic religion in Europe and Scandinavia was analyzed.

Keywords: social policy, welfare state model, social peace, Scandinavian principles of happiness, individualism, collectivism

 

Гюнель Гараева

 УТОПИЧЕСКОЕ МИРОВОЗЗРЕНИЕ КАК ИСТОЧНИК СОЦИАЛЬНОЙ ПОЛИТИКИ В СКАНДИНАВСКИХ СТРАНАХ

 Резюме

Скандинавские страны используют методы своей общественной политики для поддержания нынешнего порядка и единства в социуме, для предоставления широких прав каждому человеку, проживающему в стране, в том числе мигрантам. Через некоторое время граждане скандинавских стран впервые стали задумываться об угрозе благополучия и социал-демократическим устоям своего государства. Культурные конфликты были связаны с проблемой устойчивости общественных программ и подпитывали дебаты о кризисе скандинавской идентичности, единства. Исследования показывают, что под влиянием миграционной политики на современном этапе трансформируется мировоззрение скандинавского народа, основными показателями которого являются терпеливость, послушание и рациональность. В результате единственный способ решить проблему — работать с населением в целом, потому что другой путь — это фактически дискриминация.

В статье проанализированы особенности социальной политики и идеологии Cкандинавства в скандинавских странах, кризис идентичности рассмотрен как одна из самых серьезных проблем модели государства всеобщего благосостояния, уделено внимание миграционной политике скандинавских стран и сложностям, возникающим в правовом регулировании миграции, проанализировано отношение к исламской религии в Европе и Скандинавии.

Ключевые слова: социальная политика, модель государства всеобщего благосостояния, социальный мир, скандинавские принципы счастья, индивидуализм, коллективизм

---------------