SOCIAL RESEARCH

SCIENTIFIC-ANALYTICAL JOURNAL

ISSN Print: 2788-8789

ISSN Online:  2959-5223

Beynəlxalq Serial Nəşrlərin Qeydiyyatı Mərkəzi tərəfindən Sosial Tədqiqatlar Mərkəzinin (STM) beynəlxalq redaksiya heyətinə malik elmi nəşri olan “Sosial tədqiqatlar” jurnalının  elektron variantına Beynəlxalq Standart Seriya Nömrəsi (ISSN Online: 2959-5223) ilə bağlı sertifikat verilib. Qeyd edək ki, Sosial tədqiqatlar” jurnalının çap versiyası üçün Beynəlxalq Standart Seriya Nömrəsi (ISSN Print: 2788-8789) həmin mərkəzdən 2021-ci ilin mart ayında alınmışdır.

“Sosial tədqiqatlar” jurnalı 06 avqust 2019-cu il tarixində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 4248 nömrəsi ilə mətbu nəşrlərin reyestrində qeydiyyatdan keçib. Bundan başqa, jurnal 2023-cü ilin yanvar ayından etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) tərəfindən “Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısı”na daxil edilib. AAK “Sosial tədqiqatlar” jurnalında dərc edilən məqalələrin müxtəlif elm sahalərini əhatə etdiyini və müvafiq bölmələri əsas götürərək “Fəlsəfə və sosiologiya”, “Siyasi elmlər”, “İqtisad elmləri”, “Tarix və antropologiya”  elm sahələri olmaqla 4 bölmədə təqdim edib.

Jurnalda əsasən sosiologiya, siyasət, iqtisadiyyat, fəlsəfə, psixologiya, hüquq, tarix kimi ictimai və humanitar elm sahələrinin ümumkonseptual məsələlərini elmi-metodoloji cəhətdən ifadə edən, müəlliflərin yeni ideya və yanaşmalarını əks etdirən elmi-analitik məqalələrin, yeni nəşrlərə dair diskussiya məzmunlu rəy və şərhlərin dərcinə üstünlük verilir.

Məqalələr Ali Attestasiya Komissiyasının “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər qarşısında qoyulan tələblərə (http://www.aak.gov.az/single/614) və STJ-nin “Müəlliflər üçün qaydalar”ına (https://socialresearchjournal.az/index.php/muellifqaydalar/) uyğun hazırlanmalıdır.

Jurnalda Azərbaycan, ingilis, türk və rus dillərində məqalələr dərc edilir.

Onu da əlavə edək ki, jurnalın ayrıca olaraq iki dildə (Azərbaycan və ingilis) internet saytı (https://socialresearchjournal.az/ ; https://socialresearchjournal.az/index.php/en/) və Feysbuk səhifəsi (https://www.facebook.com/profile.php?id=100072990687418) fəaliyyət göstərir.

Hazırda jurnalın beynəlxalq xülasələndirmə və indeksləmə bazalarına daxil olması üzərində intensiv işlər aparılır, nəticələrlə bağlı oxuculara yaxın vaxtlarda məlumat veriləcək.

---------------